ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Birləşmiş Ştatlar təlimlər üçün planlaşdırılan yerləşdirmə çərçivəsində Böyük Britaniyaya iki “B-52 Stratofortress” bombardmançı təyyarə göndərib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, general Patrik Rayder bildirib.

"Bu təyyarələr NATO müttəfiqləri və regional tərəfdaşlarla birlikdə təlim və əməliyyat tədbirləri keçirmək üçün çoxsaylı imkanlar açacaq”, - deyə general qeyd edib.

Pentaqon rəsmisi, həmçinin vurğulayıb ki, ABŞ NATO təlimləri çərçivəsində mütəmadi olaraq öz bombardmançılarını Avropaya göndərir.

Bütün xəbərlər Facebook səhifəmizdə