...Qazaxıstanda aqressiv tələbənin hücumuna məruz qalan Cənubi Qazaxıstan Tibb Akademiyasının professoru Baxita Utegenov xəstəxanada ölüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə CMN.kz portalı məlumat yayıb.
Deməli, mayın 15-də Çimkənd küçələrinin birində 17 yaşlı tələbə qəfildən müəlliminə yumruqla hücum edib. Professor dərhal xəstəxanaya yerləşdirilib. Lakin 5 gün sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Belə ki, professoru xilas etmək mümkün olmayıb. Polis cinayət işi açıb. Qatil saxlanılıb və onu 12 ilə qədər həbs gözləyir.
Deyilənlərə görə, Cənubi Qazaxıstan Tibb Akademiyasının professoru 20 il təhsil müəssisəsində çalışıb.
Tarix və sosial elmlərindən dərs deyib.
...Maraqlıdır ki, universitetin mətbuat xidməti döyülmə faktını təsdiqləməyib. Belə ki, təhsil müəssisəsindən verilən məlumata görə, müəllimi avtomobil vurub.
Amma təfərrüatlar barədə məlumat verilməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB