Zelenski prezidentlik müddətinin bitdiyini etiraf etməkdən imtina edib
...Vladimir Zelenskinin Ukrayna dövlətinin başçısı kimi 5 ili hələ başa çatmayıb..?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna prezidenti “Reuters” agentliyinə müsahibəsində səlahiyyət müddəti ilə bağlı fikirlərini bildirib.
Zelenskinin sözlərinə görə, ölkədəki hərbi vəziyyət ona səlahiyyətlərini uzatmağa imkan verir.
Qeyd edildiyinə görə, Ukrayna lideri son beş ildə prezident kimi fəaliyyətini qiymətləndirməkdən imtina edib.
O, bunun qeyri-etik olduğunu düşündüyünü bildirib.
Xatırladaq ki, Zelenski 2019-cu ildə beş illik müddətə seçilib. Ukrayna Konstitusiyasına görə, onun prezident səlahiyyətləri mayın 21-nə keçən gecə başa çatıb. Buna baxmayaraq, Kiyev müharibə şəraitində prezident seçkilərini keçirməkdən imtina edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB