Kadırovun bu oğlu da nazir oldu...

Kadırovun bu oğlu da nazir oldu...

...Ramzan böyük oğlu Axmat Çeçenistanın idman naziri oldu.

SİA xəbər verir ki, bu barədə respublika başçısı teleqram kanalında məlumat verib.

Qeyd edək ki, Axmat Kadırovun 18 yaşı var. Fevral ayından gənclərlə iş naziri, ona qədər bədən tərbiyəsi və idman nazirinin birinci müavini vəzifəsində çalışıb.

Kiçik Kadırov həm də Çeçenistanda “Birincilər hərəkatı” uşaq və gənclər hərəkatının regional şöbəsinin Şura sədri olub.

Yeri gəlmişkən idman naziri postunu tutan İsa İbrahimov Çeçenistan başçısı və hökuməti administrasiyası rəhbərinin müavini postuna gətirilib.

Həmçinin, Ramzan Vismuradov respublika hökumətində gənclərlə iş üzrə yeni nazir təyin olunub.

Temirlan Xuçiyev isə ölkə sənayesinə nazirlik edəcək.

...Mayın 21-də Kadırov bildirib ki, Müslüm Xuçiyev Çeçenistan hökumətinin başçısı vəzifəsindən istefa verib. Ötən həftə respublika parlamentinin sədri Maqomed Daudov

vəzifəsini tərk edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə