...Suriya prezidenti Başar Əsədin həyat yoldaşı Əsmada kəskin miyeloid leykoz xəstəliyi aşkar edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bəşər Əsədin ofisi yayıb.
Deyilənlərə görə, müalicə müddətində dövlət başçısının həyat yoldaşı bütün ictimai tədbirləri ləğv edəcək.
...Bir sıra simptomlar və klinik əlamətlər aşkar edildikdən, ardınca bir sıra tibbi testlər və müayinələrdən sonra birinci xanım Əsma Əsədə kəskin miyeloid leykemiya diaqnozu qoyulub.
Bu ofisin açıqlamasında deyilir.
...İmmunitet sistemi zəiflədiyi üçün Əsma Əsəd təmas dairəsini məhdudlaşdırmağa və xəstəliklərin qarşısını almaq üçün tədbirlər görməyə məcbur olacaq.
Xatırladaq ki, 2018-ci ildə Bəşər Əsədin həyat yoldaşı süd vəzi xərçəngindən xəstələnmişdi.
Amma bir il sonra o, dəhşətli xəstəliyi məğlub edə bildi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB