NATO-nun Rusiyaya qarşı təxribat planı üzə çıxıb..?

Alyans hələ müharibəyə hazır deyil
NATO-nun Rusiyaya qarşı təxribat planı üzə çıxıb..?

...NATO hələ ki, Rusiya ilə müharibəyə hazır deyil. Alyans ölkələri, təbii ki, ilk növbədə öz iqtisadiyyatlarını müharibə vəziyyətinə keçirməlidirlər. Bundan əlavə, həm də lazımi sayda qoşun hazırlamaq tələb olunur.

Və məhz o zaman Moskvanı açıq şəkildə qarşıdurmaya təhrik edə bilərlər..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Sergey Krivonos bildirib.

Ukraynalı general hesab edir ki, Şimali Atlantika Alyansının Rusiyaya qarşı ehtiyatlı olması Qərbin Moskva ilə qarşıdurma üçün öz hərbi maşınını tam konfiqurasiya etməməsi ilə bağlıdır.

“Direct” YouTube kanalında danışan generalın fikrincə, NATO uzun oyun oynamağa çalışır və bunu, təbii ki, Kiyevin hesabına edir.

Hərbçinin sözlərinə görə, hazırkı mərhələdə blok Ukraynanı qurban verir. Belə ki, alyans “Yalnız hərəkətsiz danışıq” prinsipinə əməl etməklə problemlərini azaltmağa çalışır.

...Yeri gəlmişkən, bir müddət bundan əvvəl bu mövzuya toxunan ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor, Vaşinqtonun silahlı qüvvələrinin Moskvadan açıq-aşkar geridə olduğunu bildirmişdi.

Onun sözlərinə görə, bu gün rus qoşunları nizam-intizamlı və yaxşı rəhbərlik edilən birləşmələr olsa da, Amerikanın hərbi imkanları 70-ci illərin səviyyəsindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə