Polşanın dövlət borcu rekord həddə çatıb

Polşanın dövlət borcu rekord həddə çatıb

Polşanın dövlət borcu rekord səviyyəyə yüksəlib, Respublika Maliyyə Nazirliyi qeyd edib. 2024-cü ilin may ayına olan məlumata görə, o, 1 trilyon 445,5 milyard zlotiyə (təxminən 361,3 milyard dollar) çatıb.

SİA xəbər verir ki, bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən yazır.

Nazirlik izah edib ki, respublikanın borcu ÜDM-in 60 faizinə bərabər olan “təhlükəli sərhədə yaxınlaşır”.

Jurnalistlər qeyd ediblər ki, 2015-ci ildə Polşanın dövlət borcu 900 milyard zlotidən (təxminən 225 milyard dollar) az olub.

Ekspertlərə görə, 2026-cı ildə borcun ÜDM-ə nisbəti 75 faizə çata bilər ki, bu da “artıq kifayət qədər ciddi rəqəmdir”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə