Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobil dərəyə düşüb. SİA xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Məlumata görə, pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan sonra meşədən qayıdarkən avtomobil yoldan çıxaraq dərəyə düşüb. Nəticədə azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB