Vatikan Papa Fransiskin builki xarici səfərlərinin cədvəlini açıqlayıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sentyabrda iki Avropa ölkəsinə, sonrakı dövrdə isə Asiya və Okeaniya ölkələrinə səfər edəcək. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Papa Fransisk sentyabrın 26-da Lüksemburda, sentyabrın 26-dan 29-dək isə Belçikada apostol səfərində olacaq. Pontifik Belçikada müxtəlif şəhərlərdə görüşlər keçirəcək, dindarlarla görüşəcək.
Roma Papası ilin sonunadək isə İndoneziya, Sinqapur, Papua Yeni Qvineya və Timor-Lesteyə səfər edəcək.
Xatırladaq ki, ağciyər iltihabından əziyyət çəkən 87 yaşlı Papa Fransisk səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP29 iqlim sammitində iştirak etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB