Kosovo ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus Post Əmanət Bankının altı filialını bağlayıb. SİA xəbər verir ki, bu addım Kosovoda serb valyutasının davamlı istifadəsini qadağan etmək siyasətinin tərkib hissəsidir.
Kosovo Mərkəzi Bankının ölkədə nağd ödəniş zamanı yalnız avrodan istifadə siyasəti ilə bağlı serblər üçün elan etdiyi üç aylıq keçid dövrü ötən həftə başa çatıb.
Xatırladaq ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salmış və yerli serblər üçün keçid dövrü elan etmişdi.
Kosovo 2002-ci ildən etibarən avrodan istifadə edir. Ölkənin şimalda serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə isə əhali həm serb dinarı, həm də avrodan istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB