İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcək

İranın xarici işlər nazirinin müavini Əli Baqeri XİN başçısı səlahiyyətlərini icra edəcək. SİA xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, Əli Baqeri, həmçinin İran hökumətinin xarici əlaqələr komitəsinin rəhbəri təyin edilib.

Qeyd edək ki, xarici işlər naziri Hüseyin Əmir Abdullahian mayın 19-da helikopter qəzasında həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə