İranda idman tədbirləri ləğv edilib

Bu həftə İranda bütün idman tədbirləri Prezident İbrahim Rəisinin ölümü ilə əlaqədar ləğv edilib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə