Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb

Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə çatıb. Onlardan 217 nəfəri bu virusa cari ildə yoluxub. HİV-ə yoluxanların 7945-i kişilər, 2663-ü isə qadınlardır. SİA xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, QİÇS/HİV Gürcüstanda ilk dəfə 1989-cu ildə qeydə alınıb. Həmin vaxtdan bəri bu xəstəlik 2263 nəfərin həyatına son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə