Parisin hava limanlarının işçiləri tətil edəcəklər

Parisin Orli, Le Burje və Şarl de Qoll hava limanlarının işçiləri Olimpiya Oyunları zamanı işə görə mükafat tələbi ilə tətil etmək niyyətindədirlər. SİA xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Tətil çağırışı iri həmkarlar ittifaqları - Ümumi Əmək Konfederasiyası, Muxtar Həmkarlar İttifaqları Milli İttifaqı, Fransa Demokratik Əmək və Əmək Konfederasiyası tərəfindən yayılıb. Həmçinin səhər saatlarında Şarl de Qoll hava limanının terminalının qarşısında nümayiş planlaşdırılır ki, bu da nəqliyyatın hərəkətinə mane ola bilər.

Tətilçilərin əsas tələbləri - iyulun 8-dən sentyabrın 15-dək hava limanına cəlb olunacaq bütün işçilərə birdəfəlik mükafat verilməsi, iş yükünü azaltmaq üçün onların sayının artırılması, erkən pensiyaya çıxmaq.

Tətilin vaxtının mayın 21-i seçilməsi təsadüfü deyil. Həmin gün “Paris Airports” şirkətlər qrupunun səhmdarlar şurasının iclası təyin edilib. Fransa Dəmir Yolları Milli Şirkətinin əməkdaşları da kütləvi tətil keçirmək niyyətindədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə