Meşə olduğu üçün hadisə yerinə getmək çətindir...

Əli Reda Hüseyni: "Belə bir əraziyə düşmək helikopterdəkilərə sağ qalma şansı verməyəcək..?"

...Meşəlik ərazinin sıx olması səbəbindən İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə getmək çətin olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu analitik Əli Reda Hüseyni RT-yə bildirib.

...Mən bu ərazini yaxşı tanıyıram... Demək olar ki, bu yerlər insan tərəfindən toxunulmamış qalır və nadir hallarda ziyarət edilir... Bu ərazidə çətin relyef, meşəlik ərazi və güclü yağış bu gecə prezidenti tapmaqda xeyli çətinliklər yaradacaq.

Bunu deyən Hüseyninin sözlərinə görə, bölgədə ordu və digər silahlı qüvvələrin istifadə etdiyi hərbi radarlar fəaliyyət göstərmir.

Həmçinin internet yoxdur və mobil telefonla zəng etmək imkanı da sıfırdır. O, əmindir ki, belə bir əraziyə düşmək helikopterdəkilərə sağ qalma şansı verməyəcək.

Bir daha xatırladaq ki, mayın 19-da İran lideri İbrahim Rəisini aparan helikopter ölkənin şimal-qərbində qəzaya uğrayıb. Qəza zamanı İran prezidenti ilə bərabər təyyarədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian və Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti də olublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə