O vaxt, əri tərəfindən əlləri kəsilən Marqarita dördüncü dəfə ana olub...

Deməli, bir müddət bundan əvvəl əri tərəfindən əlləri kəsilən Marqarita Qraçova dördüncü dəfə ana olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “VKontakte” sosial şəbəkəsində xəbər yayıb.

Qeyd edək ki, Marqarita mesajda yeni əri və yeni doğulmuş körpəsinın şəklini də yayımlayıb.

...Bu axşam daha bir nəfərimiz də artdı.

Bunu yazan Qraçovanın dünyaya qız uşağı gətirdiyi deyilir.

...Xatırlayaq ki, yeddi il əvvəl Qraçevanın keçmiş əri Dmitri onu əllərindən məhrum edib.

Doğrudur, həkimlər onun bir əlini yerinə tikə bilsələr də, amma digərini xilas etmək mümkün olmadı.

Keçmiş ər isə 14 il müddətinə həbsxanaya göndərilməklə yanaşı, valideynlik hüququndan da məhrum edild.

Və təbii ki, vaxtı fövtə verməyən Marqarita, 2021-ci ildə yenidən ailə qurub uşaq dünyaya gətirməyə başladı.

Hazırda cütlüyün ilk evlilikdə iki oğlan da daxil olmaqla dörd övladı var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə