Bu halda NATO ölkələrinin əraziləri Putin üçün hədəfə çevriləcək...

Nuland NATO təlimatçılarının Ukraynaya göndərilməsinə qarşı çıxır

...NATO-nun təlim bazaları və Qərb təlimatçılarının Ukraynada olması alyansın birbaşa döyüşlərdə iştirakı demək olacaq.

Və təbii ki, bu da münaqişədə gərginliyin artmasına təkan verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland “ABC News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Putini alyansın ərazisinin onun üçün “qanuni yırtıcı” olduğunu düşünməyə vadar edə bilər.

...Məsələ bundadır ki, NATO hazırda Ukraynaya təlimatçılar göndərməyi düşünür, lakin ABŞ “yox” deyib.

Bu düzgün qərardırmı?

Bu gün NATO ərazilərində - Polşada, Almaniyada və alyansın digər hissələrində ukraynalılar üçün böyük həcmdə təlimlər keçirdiklərini deyən Nuland, ukraynalıların məşq etmək üçün cəbhəni tərk etmələrinin çox çətin olduğunu etiraf edir.

...Amma mən qorxuram ki, NATO-nun Ukraynadakı təlim bazaları Vladimir Putinin hədəfinə çevrilə bilər.

Və təbii ki, bu da, NATO-nun birbaşa döyüş meydanında olması demək olacaq.

Bunları Nuland deyir və əlavə edir ki,.. belə olan halda müharibədə gərginliyin artması ilə yanaşı, bu həm də NATO ərazilərinin Putin üçün qanuni şikara çevrilə bilər.

...Ona görə də mən hesab edirəm ki, təlimlərin əksəriyyətini Ukraynadan kənarda etmək, eyni zamanda onun ərazisində məsləhət vermək daha məqsədəuyğundur, çünki ukraynalılar bunu tələb edir və buna ehtiyac duyurlar.

Bunu da Nuland deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə