Qafqazı “sovet boyunduruğundan” azad et!

Gürcüstan prezidenti bunu Makrondan xahiş edib

Gürcüstan prezidenti Salome Zurabişvili Fransa lideri Emmanuel Makrona müraciət edərək, onu mayın 26-da respublikaya gəlməyə dəvət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədəd La Tribune yazır.

Zurabişvilinin sözlərinə görə, Makron 2018-ci ildən gəlməyə söz verib, lakin bu, heç vaxt baş verməyib.

...Söhbət təkcə Gürcüstandan getmir, söhbət Qafqazın sovet boyunduruğunun mentalitetindən və Rusiyanın təsirindən yekun şəkildə azad edilməsindən gedir.

Zurabişvili əlavə edib.

Onun sözlərinə görə, bu qarşılıqlı əlaqə Avropanın gələcəyi üçün çox vacibdir, baxmayaraq ki, Qafqaz Rusiya ilə qarşıdurmaya girmək istəmir.

Qeyd edək ki, Zurabişvilinin çağırışı Gürcüstanda ölkə müxalifətinin “rus” adlandırdığı xarici agentlər haqqında qanun layihəsinin qəbulu ilə bağlı etirazlar fonunda səslənib. ...Kreml bundan əvvəl qeyd edib ki, belə bir tədbirin müəllifi Rusiya deyil, ABŞ-dır və bu, demək olar ki, bütün ölkələrdə tətbiq olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə