"Müharibə əleyhdarına" qarşı cinayət işi açılıb...

Moskvada əvvəllər iki dəfə inzibati ittihamla həbs edilən Timofey Moxnenkoya qarşı cinayət işi açılıb.

SİA xəbər verir ki, bu barədə OVD-İnfo-ya onun vəkili Natalya Tixonova məlumat verib.

Bir gün əvvəl Moxnenko 15 sutkalıq ardıcıl ikinci inzibati həbsi çəkərək xüsusi təcridxanadan buraxılıb.

Xüsusi təcridxanadan çıxandan dərhal sonra 3 nəfər moskvalıya yaxınlaşaraq onu maşına mindirərək polis bölməsinə aparıblar.

Sonradan məlum olub ki, Moxnenkoya qarşı terrora çağırışlar, habelə nifrət və düşmənçiliyin salınması ilə bağlı iş açılıb. Bunun teleqram kanalındakı nəşrlərlə əlaqəli olduğu iddia edilir.

Qeyd edək ki, Moxnenko özü isə ittiham olunduğu yazıların müəllifliyini tanımır.

Profilaktik tədbirin sabah seçiləcəyi gözlənilir. Digər təfərrüatlar hələlik məlum deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə