Xarkova aviazərbələr zamanı ölən və yaralananlar olub...

...Cümə günü Xarkova iki zərbə endirilməsi nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov öz teleqram kanalında bildirib.

Onun sözlərinə görə, idarə olunan aviabombaların zərbələri şəhərin qərbindəki Xolodnoqorsk rayonuna da enib.

“Xarkov Life” teleqram kanalının yayımladığı yazılarda qara tüstü sütunu görünür.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir həftə ərzində rus qoşunlarının Xarkov vilayətində 12 yaşayış məntəqəsini ələ keçirdiyini iddia edir.

Nazirlikdən verilən məlumata görə, söhbət Borisovka, Buqrovatka, Qatişçe, Qlubokoe, Krasnoe, Lukyantsı, Moroxovets, Oqurtsovo, Oleynikovo, Pletenevka, Pılnaya və Strelechya kəndlərindən gedir.

Rusiya hərbi idarəsinin bəyanatından belə çıxır ki, rus qoşunları bölgədə irəliləməkdə davam edir.

Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna qoşunları Xarkov vilayətinin şimalında Rusiya ordusunun hücumu ilə vəziyyəti sabitləşdirə bilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə