Tbilisi meri Qərbin sanksiyalar tətbiq etmək təhdidlərinə cavab verib

...Strateji tərəfdaşlıqda təhdidlər və şantaj ağlasığmazdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tbilisi meri Kaxa Kaladze Qərb siyasətçilərinin Gürcüstanın xarici agentlər haqqında qanununa görə mümkün sanksiyalarla bağlı bəyanatlarını şərh edərkən deyib.

...Strateji tərəfdaşlıq şəraitində təhdidlər və şantaj ağlasığmazdır... Sanksiyalar Avropa dəyərləridirmi?.

Qeyd edək ki, bunu deyən mer, Gürcüstanın sanksiyalardan qorxmadığını da bildirib.

O, həmçinin bildirib ki, Qərb siyasətçiləri “heç kimlə belə danışa bilməzsən” deyə başa düşmürlər.

Yeri gəlmişkən, mayın 15-də gürcü ekspert Petre Mamradze ABŞ-ın sanksiyalarından yayınmaq üçün Tbilisinin şəffaf siyasət aparmasını və öz mövqeyini izah etməyi bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə