Almaniya səfiri Moskvaya qayıdıb

Almaniya səfiri Moskvaya qayıdıb

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlində məsləhətləşmələrdən sonra Rusiyaya qayıdıb. SİA xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Almaniya XİN Lambsdorfu mayın 6-da çağırmışdı. Bu zaman onun Berlində 1 həfə qalacağı bildirilirdi. Səfirin çağırılması Almaniyanın Sosial-Demokrat Partiyasının resurslarına hücumda rusiyayönümlü qruplaşmanın ittiham edilməsi ilə bağlı olub.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok bir müddət əvvəl bildirib ki, Almaniya hökuməti 2023-cü ildə ölkənin Sosial-Demokrat Partiyasının resurslarına kiberhücumda Rusiyanın məsuliyyət daşıdığıını hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə