NATO Ukraynaya artıq qoşun yeritməyə hazırlaşır..?

“The New York Times”ın yazdığına görə, “sürətli” və “yüksək keyfiyyətli” tapşırıq üçün...
NATO Ukraynaya artıq qoşun yeritməyə hazırlaşır..?

...NATO ölkələri bu yay Rusiyanın hücumunu dəf etməli olacaq Ukrayna ordusuna tez və keyfiyyətli təlim keçmək üçün bu ölkəyə hərbi personal göndərə bilər,

SİA-nın ötən gün də xəbər vediyi kimi, bunu “The New York Times” yazır.

Qeyd edək ki, ötən gün də yazdıımız kimi, Ukrayna hərbçiləri hazırda Avropada - Almaniya və Polşadakı poliqonlarda təlim keçirlər.

Məsələ bundadır ki, onları ora göndərmək, sonradan Lvov və Kiyev vasitəsilə döyüş bölgəsinə qayıtmaq çox vaxt aparır.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrində kritik həddə çatan kadr çatışmazlığı səbəbindən Ukrayna rəsmiləri ABŞ və NATO müttəfiqlərindən daha 150 min yeni çağırışçının hazırlanmasına kömək etməyi xahiş ediblər.

Bu arada ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun, NATO təlimatçılarının Ukraynaya göndərilməsinin qaçılmaz göründüyünü bildirib.

Amma o, indi bu cür hərəkətlərin təlimatçıların həyatına təhlükə yaradacağını da istisna etməyib.

Məhz ona görə də Ukrayna hərbçiləri seçim etməli olacaqlar. Yəni onlar hava hücumu müdafiə sistemlərindən istifadə etməklə ya NATO qoşunlarını ya da ölkənin kritik infrastrukturunu qorumalı olacaqlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə