Nigeriyada məsciddə partlayış olub - çox sayda ölən var

Nigeriyada məsciddə partlayış olub - çox sayda ölən var

Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub. SİA xəbər verir ki, bu barədə "BBC" telekanalı xəbər verib. Məlumata əsasən, partlayış Gezava bölgəsində sübh namazı vaxtı baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb.

Yaralıların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayının artacağı istisna edilmir. Hadisənin başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə