“Microsoft” öz işçilərinə ABŞ-Çin münasibətlərinin pisləşməsi səbəbindən Çini tərk etmək variantını təklif edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” yazıb.
...Qeyd edək ki, bu təklif təxminən 700-800 işçini əhatə edir. Bunlar bulud xidmətləri və maşın öyrənməsi üzərində işləyən Çin vətəndaşlarıdır.
Eyni zamanda, “The Wall Street Journal” məqaləsində bildirildiyi kimi, “Microsoft” onlara ABŞ, İrlandiya, Avstraliya və ya Yeni Zelandiyaya köçməyə kömək edəcək.
Onu da qeyd edək ki, Birləşmiş Ştatlar bu yaxınlarda Çindən idxal edilən mallara, o cümlədən elektrikli avtomobil akkumulyatorlarına, çiplərə və tibbi texnologiyaya görə tarifləri artırıb.
Buna cavab olaraq Pekin Vaşinqtonu maraqlarını və hüquqlarını qorumaq üçün tədbirlər görməklə hədələyib.
ABŞ Ticarət Nazirliyi həmçinin Çinin ən qabaqcıl süni intellekt modellərinə və əsas proqram təminatına çıxışını məhdudlaşdırmaq niyyətindədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB