Doğmalarından qaçan çeçen qız polisdən buraxılıb...

Doğmalarından qaçan çeçen qız polisdən buraxılıb...

...Çeçenistanda doğmalarından qaçan 19 yaşlı Liya Zaurbekova Moskvanın Naqatino-Sadovniki rayonundakı polis idarəsindən buraxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Qız polis bölməsində binanı “mühasirəyə alan” qohumlarından gizlənib və onu zorla evinə qaytarmaq istəyənlərə etirazını bildirib.

O, yetkin olduğunu iddia edərək, könüllü olaraq evi tərk etdiyini və ailəsinə qaytarılmamasını istəyib.

Hazırda Zaurbekovanın hazırda harada olduğu məlum deyil. Qeyd edək ki, Zaurbekova mayın 13-də evdən qaçıb, lakin daha sonra sığınacağında atası ilə görüşüb və hüquq-mühafizə orqanlarına zəng edib.

Zaurbekovanı şöbəyə gətirəndə qohumları artıq onu orada gözləyirmiş, qızı geriyə, Çeşenistana aparmaq istəsələr də o, bununla razılaşmayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə