...Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin təşkilatın tarixinə həsr olunmuş dəyirmi masada deyib ki, Vladimir Lenin “dünya düzənində qlobal dəyişikliklərin” həyata keçirilməsinə kömək edə biləcək bir çox konseptual ideyalar irəli sürüb. Kəşfiyyatçının sözlərinə görə, Kommunist İnternasionalı zamanın sınağından çıxmasa da, onun dəyərləri müasir Rusiya üçün çox faydalı ola bilər. Narışkin əmindir ki, Komintern nasizmlə bağlı mövqeyi ilə məşhurlaşıb. Hitlerizmin başlanğıcında kommunistlər bu rejimin təhlükəsini dərk edə və bütün dünyada onun təzahürlərinə qarşı mübarizə apara bildilər.
Eyni zamanda Xarici Kəşfiyyat Xidmətinin direktoru vurğulayıb ki, bir çox xarici siyasətçilər və fəallar Adolf Hitler eləcə də onun əlaltılarının qarşıdakı planları haqqında SSRİ-yə məlumat çatdırmaq üçün Kominternlə əməkdaşlıq ediblər.
...Bu sənəd Almaniyanın guya gözlənilən tərksilahı ilə bağlı nasistlərin açıq bəyanatlarını inandırıcı şəkildə ifşa etdi və onların real təcavüzkar planlarını dünyaya nümayiş etdirdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da Narışkin əlavə edib.
...Xatırladaq ki, Komintern 1919-cu ildə Vladimir Leninin başçılıq etdiyi bolşeviklər tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi dünyadakı kommunist partiyalarını və hərəkatlarını birləşdirmək idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB