...Rusiya qoşunları irəlilədikcə, NATO Ukraynaya hərbi personal göndərmək qərarına yaxınlaşır..?
SİA-nın əldə etdiyi məlumata görə, bunu “The New York Times” yazıb.
Nəşr mənbələrə istinadən iddia edir ki, Amerika rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər hazırlaşmadığını etiraf edərək belə hesab edirlər ki, “bu yay gözlənilən Rusiyanın hücumunu dəf etmək üçün onlara daha yaxşı və daha sürətli təlim lazımdır”.
...Hazırda Ukrayna hərbçiləri Avropada təlim keçir. Təlimin Ukraynaya köçürülməsi, guya təlimatçılara cəbhə xəttindəki yeniliklər haqqında tez məlumat toplamağa şərait yaradacaq.
...Və yenə də guya bu da onlara təlim proqramını tez uyğunlaşdırmağa imkan verəcək.
Nəşrin bəzi həmsöhbətləri deyirlər ki, çoxlu sayda ukraynalı yeniyetmə Almaniya və Polşadakı təlim poliqonlarına göndərilə bilər.
Bununla belə, onlar etiraf edirlər ki, bu prosesin maddi-texniki təchizatı çox mürəkkəbdir.
Belə ki, təzə çağırışçılar ABŞ Ordusunun Almaniyanın Qrafenvohr şəhərindəki təlim poliqonlarına aparılmalı, orada “birləşmiş silahlarla müharibə aparmağı öyrətmək üçün hazırlanmış kompleks manevrlər təşkil edilməlidir.
...Və sonra onlar Lvov və Kiyev vasitəsilə yenidən Ukraynaya, döyüş bölgəsinə daşınmalıdırlar?
...Qəribə də olsa, bu bizim o kinodakı ... “nemes gəlib dayanıb Mozdokda” deyiminə bənzəyir.
...Yəni yeni çağırışçılar təlim keçib Ukraynaya qayıdına qədər, necə deyərlər iş-işdən keçəcək..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB