Bolqarıstan hökuməti “Bulqarqaz” dövlət şirkəti vasitəsilə Rusiyanın “Qazprom” şirkətindən təzminat tələb etmək niyyətindədir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Xatırladaq ki, Rusiyadan Bolqarıstana qaz nəqli 2022-ci ilin aprelində dayandırılıb.
...Sofiya Rusiya məhsulundan ilk imtina edənlərdən biri oldu. Bolqarıstan hakimiyyət orqanları Rusiya prezidenti Vladimir Putinin 31 mart 2022-ci il tarixli “Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi proseduru haqqında” fərmanına əməl etməyəcəklərini bəyan ediblər.
Bu sənəd çərçivəsində Rusiya üçüncü ölkələrdən qaz məhsullarına görə yalnız rublla ödəniş almağa borcludur.
Bu məqsədlə Qazprom Bank “K” xüsusi rubl hesabları açdı.
Ödəniş sxemi belədir: xarici alıcı müqaviləni xarici valyutada ödəyir, GPB bu pulu Moskva Birjasında satır və “Qazprom”a rublla köçürmə həyata keçirir.
...Yada salaq ki, Bolqarıstan rəsmiləri Rusiya qazının rublla ödəniş forması ilə bağlı dəfələrlə şübhələrini bildiriblər. Ancaq Sofiyada bu məsələdə məhkəmədə qələbə qazana biləcəklərinə əmin deyillər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB