Birinci Kanalın xarici versiyası LGBT təbliğatına görə (“Beynəlxalq LGBT İctimai Hərəkatı” Rusiyada ekstremist kimi tanınıb və qadağandır) 1 milyon rubl məbləğində cərimələnib.
SİA xəbər verir ki, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
TASS xəbər verir ki, inzibati işin başlanmasına səbəb iki qız arasında öpüşmə səhnələrinin yer aldığı “Dnyuxa” filminin nümayişi olub. Belə bir film 18+ işarəsi ilə yayımlanmalıdı, amma Birinci Kanal bunu göstərmədi və 16+ işarəsi qoyub.
Kanal da öz növbəsində bunun prodüser redaktorun səhvi olduğunu bildirib. O, artıq cəzalandırılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB