Bu arada Hollandiya Rusiyadan olan nümayəndələrə YUNESKO-nun beynəlxalq konfransında iştirak etmək üçün akkreditasiya verməyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktorunun sözlərinə görə, Rusiya nümayəndə heyətinin üzvləri tədbirdə iştirak edə bilməyəcəkləri barədə “son anda” xəbərdar ediliblər.
...Biz milli mənsubiyyətə əsaslanan bu ayrı-seçkiliyi hesab edirik və beynəlxalq ictimaiyyəti harada yerləşməsindən asılı olmayaraq, fövqəladə hallar və münaqişələrdən əziyyət çəkən irsin qorunmasında açıq fikirli olmağa çağırırıq.
Bunu Zaxarova bildirib.
Xatırladaq ki, mayın 13-dən Haaqada YUNESKO-nun “Mədəni irs və sülh: Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyasının 70 illiyi” mövzusunda beynəlxalq konfransı keçirilir.
Haaqa Konfransı 1954-cü ildə qəbul edilib. Bu sənəd çərçivəsində qlobal səviyyədə bütün dünya xalqlarının mədəni irsinin, memarlıq abidələrinin qorunub saxlanılmasının, eləcə də sökülməsinin qarşısının alınmasının vacibliyi təsbit olunub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB