Kadırov Çeçenistanı kimə verəcək?

Kadırov Çeçenistanı kimə verəcək?

Çeçenistan parlamentinin sədri Maqomed Daudov Ramzan Kadırovla görüşdən sonra vaxtından əvvəl istefa verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbərinin özü Telegram kanalında yazıb.

Daudovun vəzifəsini onun müavini Şaid Camaldayev icra edəcək. Daudovun özü də Çeçenistanda Lord ləqəbi ilə tanınır. O, Ramzan Kadırovun ən yaxın tərəfdarlarından biridir. Parlamentdən əvvəl Daudov Çeçenistan Respublikası rəhbərinin administrasiyasına rəhbərlik edib.Belə ki, o, Çeçenistan Daxili İşlər Nazirliyinin çevik polisinə rəhbərlik edib və bir çox hüquq müdafiəçilərinin fikrincə, ictimaiyyətin üzr istəməsi və Kadırovun əleyhdarlarının aradan qaldırılmasına cavabdeh olub.

Daudov parlamentin rəhbəri kimi Xüsusi Təyinatlı Qüvvələr Universitetinə də nəzarət edib.

İndi ona Ramzan Kadırovun oğlu Adam Kadırov nəzarət edir.

Maraqlıdır, Maqomed Daudov indi nə edəcək?

Onun vəzifəsi yüksələcək, yoxsa Moskvaya köçürüləcək?

Yəni deyirsiniz, bütün bunlar hələ ki, müəmma olaraq qalır?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə