"Crocus" terror aktı ilə bağlı tutulanların həbs müddəti uzadılıb

"Crocus" terror aktı ilə bağlı tutulanların həbs müddəti uzadılıb

...Bu arada Moskvanın Basmannı məhkəməsi Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında cinayət törədənlər ehtimal etdiyi dörd müttəhimin həbs müddətini uzadıb.

SİA-nın əldə etdiyi məlumata görə, hakimin hökmünə əsasən, Məhəmmədsobir Fayzov, Dalerjon Mirzoyev, Murodali Rachabalizod və Şəmsidin Fəriduninin həbs müddəti avqustun 22-dək uzadılıb.

Qeyd edək ki, onların hamısı Tacikistan vətəndaşıdır. Onlar həbsxana paltarında, əlləri və ayaqları qandallı olaraq məhkəməyə gətirilib.

İstintaqın tələbi ilə keçirilən dörd iclasın hamısı bağlı qapılar arxasında keçirilib ki, bu da istintaqın sirrinin qorunması və istintaqın təmin edilməsi ilə bağlı olub.

Onu da qeyd edək ki, “İnterfaks” bunu proses iştirakçılarının təhlükəsizliyi ilə əlaqələndirib.

Yeri gəlmişkən, cümə axşamı rus məhkəməsi daha dörd müttəhimin, Nəzrimad Lütfulloi, Cumaxon Kurbonov, Yakubconi Yusufzoda və Məhəmməd Şaripzodanın da həbs müddətini analoji müddətə uzadıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə