Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının təşkil etdiyi aksiyalara görə saxlanılanların sayı 200-ü keçib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmaninin hesabatından aydın olub.
Onun sözlərinə görə, ümumilikdə 206 nəfər saxlanılıb. Bundan başqa polislə qarşıdurmalar zamanı üç yerli sakin və bir fransız polisin ölməsi ilə əlaqədar adada fövqəladə vəziyyət tətbiq olunub. Həmçinin ölkəyə hərbçilər göndəriliblər. Məlumata görə, asayişin bərpasına 2 700 polis və jandarm cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB