Bu il Kann festivalı izləyici rekordunu yeniləyib

Bu il 77-ci Kann Film Festivalının açılışını rekord sayda insan izləyib. SİA xəbər verir ki, mərasimin 2,25 milyon tamaşaçısı olub.

2021-ci ildə festival təşkilatçıları ödənişli televiziya kanalı “Canal+” ilə əməkdaşlığı dayandırıblar və festivalı yerli İctimai Televiziyada pulsuz nümayiş etdirmək qərara alınıb.

2019-cu ildə film nümayişinin açılış mərasimini “Canal+” kanalında 402 min, 2023-cü ildə isə Fransa İctimai Televiziyasında 1,99 milyon tamaşaçı izləyib.

Qeyd edək ki, festivalın açılışı mayın 13-də baş tutub. Bu il münsiflər heyətinin sədri “Ledi Bird” və “Barbie” filmlərini çəkən ABŞ-li rejissor Qreta Qerviq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə