ABŞ-nin Texas ştatının Qalveston şəhərində barj körpüyə çırpılıb. SİA xəbər verir ki, nəticədə körpünün bir hissəsi uçub.
Bildirilib ki, körpünün dəmir yolu relsləri olan konstruksiyasının bir hissəsi gəminin üzərinə düşüb.
Səlahiyyətlilər körpünün hər iki istiqamətdə nəqliyyat üçün bağlandığını bildiriblər. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə