Slovakiya Baş nazirinin əməliyyatı uğurlu keçib, vəziyyəti stabildir

Slovakiya Baş nazirinin əməliyyatı uğurlu keçib, vəziyyəti stabildir

Slovakiyanın baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib, vəziyyəti stabildir.

Bu barədə TAZ telekanalı məlumat yayıb.

"Fitso uğurla əməliyyat olunub, vəziyyəti stabildir və şüuru yerindədir", - deyə məlumatda bildirilir.

***

Saat 21;39

Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağırdır.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə əmək və sosial məsələlər naziri Erik Tomas məlumat verib.

O bildirib ki, baş nazirin bir neçə orqanı zədələndiyindən əməliyyat ləngiyir.

“Robert Fitsonun səhhəti ağırdır, çünki atəş açan şəxs baş nazirin bir çox daxili orqanlarına zərər vurub”, - deyə Erik Tomas bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə