Peruda avtobus dərəyə aşıb, 13 nəfər ölüb

Peruda avtobus dərəyə aşıb, 13 nəfər ölüb

Perunun Ayakuço regionunda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

Avtobus paytaxt Limadan Ayakuço şəhərinə hərəkət edən zaman idarəetməni itirib və dərəyə aşıb.

Nəqliyyat vasitəsində 34 nəfərin olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə