Sırski Zelenskiyə hesabat verdi: Vəziyyət nəzarət altındadır...

...Ukrayna prezidenti Vladimir Zelenski hazırda mühüm hərbi əməliyyatların aparıldığı ərazilərdə olan Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatını dinləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Ukrayna dövlət başçısının axşam çıxışına istinadən xəbər verir.

Zelenskinin sözlərinə görə, Sırski hazırda ən çətin olan Donetsk və Xarkov vilayətlərindəki vəziyyət barədə məlumat verib.

...Sırski əsas döyüş yerlərində yerləşir - briqadalarla, döyüş mövqelərində işləyir. Nəticə çıxarmaq hələ tezdir, lakin vəziyyət nəzarətdədir.

Bunu deyən Ukrayna prezidenti, ukraynalı müdafiəçilərin hələ də irəliləməyə çalışan düşməni məhv etməkdə davam etdiklərini deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna bir neçə sahəni, o cümlədən Xarkovu gücləndirib.

Zelenski aydınlıq gətirib ki, Xarkovdan olan çoxlu əsgər Xarkov vilayətini müdafiə edir.

Prezident səmərəli fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə