"Rusiya sərhədçiləri Ermənistanda qalacaq..."

"Rusiya sərhədçiləri Ermənistanda qalacaq..."

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Federasiya Şurasında çıxışı zamanı rus sərhədçilərinin Ermənistanda fəaliyyətini davam etdirəcəyinə əminlik bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “Vedomosti” sitat gətirir.

Eyni zamanda Rusiya xüsusi xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini Rusiya Federasiyasının sərhədçiləri qoruyacaq.

Bortnikov Moskvanın İrəvanın müvəqqəti operativ qüvvələrin çıxarılması və “Zvartnots” hava limanındakı sərhəd-keçid məntəqəsinin bağlanması tələbini yerinə yetirdiyini də xatırladıb.

Qeyd edək ki, aprel ayında Rusiya sülhməramlılarının çıxarılması barədə məlumat yayılmışdı. Belə ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışmışdı.

Sonra məlum oldu ki, Azərbaycanla Ermənistan arasında sərhəd nişanlanmağa başlayıb. Hazırda Ermənistanda “baş nazir Nikol Paşinyanın istefası üçün” etirazlar keçirilir. Vətəndaşların narazılığı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə