Floridada avtobus qəzası nəticəsində 8 nəfər ölüb

Floridada avtobus qəzası nəticəsində 8 nəfər ölüb

ABŞ-ın Florida ştatında avtobus qəzası nəticəsində 8 nəfər ölüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə zamanı xəsarət almış 45 sərnişin müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 8 nəfərin vəziyyəti ağırdır.

Florida Yol Təhlükəsizliyi və Nəqliyyat Vasitələri Departamentinin yaydığı məlumata görə, 53 nəfər ferma işçisini daşıyan avtobus hərəkətdə olarkən qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə