Canlı yayımda meyit tapıldı

Türkiyənin ATV kanalında yayımlanan “Müge Anlı ile Tatlı Sert” verilişində axtarışda olan Şaban Ataşın keçmiş həyat yoldaşı Əminə tərəfindən öldürüldüyü məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qətli etiraf etdikdən sonra müxbir Əminənin yeri təsvir etməsi əsasında Ataşın cəsədinin atıldığı yerə gedib və onun cansız bədənini daşların arasında tapıb.

Böyük təşviş içində olan müxbirin həmin anları qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə