Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edildi

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edildi

Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin müdiri Yuri Kuznetsov həbs olunub. SİA TASS-a istinadən xəbər verir ki, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinir.

Aparılan axtarışlar zamanı general-leytenant Kuznetsovdan 100 milyon rubldan çox pul götürülüb.

Xatırladaq ki, Kuznetsov bu vəzifəyə 2023-cü ilin mayında təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə