Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko, 30 mindən çox rus əsgərinin Xarkov vilayətinin şimalına hücum etməyə çalışdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Le Figaro” nəşrinə müsahibəsində Litvinenko, Rusiyanın hücumundan əvvəl sərhədə 50 minə yaxın hərbçi cəmlədirdiyini də bildirib.
İndi Xarkov üzərinə gələn rus əsgərlərinin sayı 30 mini keçib.
Bunu deyən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ukrayna ordusunun Rusiyanın hücumunu dəf etməyə hazır olduğunu da dilə gətirib.
Qeyd edək ki, hazırda şiddətli döyüşlər davam edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB