Filippində baş verən qarşıdurmada 2 əsgər ölüb, 4-ü yaralanıb

Filippində baş verən qarşıdurmada 2 əsgər ölüb, 4-ü yaralanıb

Filippinin şimalındakı Kalinqa əyalətində üsyançılarla toqquşmada iki əsgər ölüb, dördü isə yaralanıb. SİA “Sinxua”ya istinadla xəbər verir ki, bu barədə hərbçilər bildiriblər. Verilən məlumata görə, qoşunlar bazar günü dənizə çıxışı olmayan əyalətdəki bir şəhərdə döyüş əməliyyatı keçirib və orada Yeni Xalq Ordusu (NPA) üsyançıları ilə toqquşublar.

NPA üsyançıları 1969-cu ildən hökumət qoşunlarına qarşı vuruşurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə