Məni döyərkən, yoldan keçənlər də mənə kömək etmədi, halbuki...

Yekaterinburqda “xüsusi hərbi əməliyyat qəhrəmanı”nı döyüblər...

...Yekaterinburqda küçə münaqişəsi zamanı bir neçə nəfər “xüsusi hərbi əməliyyat qəhrəmanı”nı döyüb.

Zərərçəkmiş miqrant-filan deyilmiş, sırf Yevgeni adlı rusmuş. Onun sözlərinə görə, döyülmə zamanı yoldan keçənlərdən heç biri onun üçün vasitəçilik etməyə cəhd göstərməyib.

...Məni “xüsusi hərbi əməliyyat”da olduğum üçün başıma şüşə ilə vurdular.

“Qəhrəman”ın dediyinə görə, onun qolundakı saatını da əlindən alıblar.

SİA-nın əldə etdiyi məlumata görə, “Ura.ru” saytı döyülmüş və qarət edilmiş müharibə iştirakçısının sözlərindən sitat gətirir.

Maraqlıdır ki, elə də davakar olmadığını deyən, Yevgeni, döyüldükdən sonra “xüsusi hərbi əməliyyat” iştirakçısı kimi polisə ərizə yazmaq istəyib.

Amma onu polis idarəsinə buraxmayıblar.

Belə ki, onu içəri buraxana və sənədlərini yoxlayana qədər bir saata yaxın kənarda oturmağa məcbur olub.

...Ona şikayət ərizəsi yazmaq üçün qələm belə verməyiblər. Daha sonra təcili yardımla xəstəxanaya gedən Yevgeniyə beyin silkələnməsi diaqnozu qoyulub.

...Düzünü desəm, niyə müharibəyə getdiyimi hələ də başa düşmürəm-deyir Yevgeni, Niyə?

Çünki, bu gün Ukraynada döyüşənlərə Yekaterinburqda elə də yaxşı baxmırlar.

O da maraqlıdır, təkcə Yekaterinburqdamı?

Çünki bundan əvvəl bu səpkili döyülmələr Kaluqa və Sankt-Peterburqda da yaşanmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə