...Ukraynada Qərb silahlarının tədarükündə yaşanan gecikmələrə görə, rus qoşunları şimal-şərqdə irəliləməyə nail oldular.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Xarkov vilayətinin başçısı Oleq Sinegubov “Sky News” telekanalına müsahibəsində deyib.
Qubernator Ukrayna Silahlı Qüvvələrinin bəzi komandirlərinin regional hakimiyyət orqanlarının istehkamların yaradılmasına qayğı göstərməməsi ilə bağlı tənqidlərini rədd edib.
O, həmçinin telekanalı vəziyyətin tam nəzarət altında olduğuna inandırıb.
Amma bununla belə, rus hücumunun gücləndiyini də etiraf edib.
...Əsasən cəbhə xətti genişlənir, çünki düşmən bir neçə mövqedən irəliləyir.
Sinegubov bunu “Sky News”-a bildirib.
...O, həmçinin, ABŞ və onun müttəfiqlərinin yardımının gecikməsini Ukraynanı “həssas” vəziyyətə saldığını da gizlətməyib.
...Biz və əsgərlərimiz bunu döyüş meydanında hiss edirik. Artıq altı aya yaxındır ki, müdafiə əməliyyatı keçiririk, yeni təchizatları gözləyirik. Və təbii ki, düşmən keyfiyyətə görə olmasa da hər halda kəmiyyətə görə silah baxımından bizdən üstündür.
Təbii ki, bu da qubernatorun şikayətidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB