...Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 13-də axşam saatlarında Volçanskın şimalında Ukrayna qüvvələrinin rus qoşunlarını sıxışdırmağa başladığını bildirib. Eyni zamanda, Volçanskın qərbindəki Staritsa kəndi ərazisində döyüşlər başlayıb. Rus əsgərləri oradan gedirlər.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Xarkov vilayətindəki Lukyantsı kəndi yaxınlığında “qismən uğur qazandığını bəyan etmişdi. Lakin hazırda Rusiyanın hücumunun dayandırıldığı deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin bəyan edib ki, Rusiya ordusu Ukrayna bölmələrini tutduqları bütün mövqelərdən sıxışdırıb çıxarmaq cəhdlərini dayandırmır, həmçinin Udı, Volçansk, Liptsy, Qrafskoye və Veseloye şəhər və qəsəbələrinə hava zərbələri endirir.
Bu arada Xarkov vilayətinin polis rəisi Vladimir Timoşko rusların Volçanskini atəşə tutması nəticəsində, ərazidə dağıntıların olduğunu bildirib.
Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov mayın 13-də bildirib ki, Xarkov vilayətindəki rus qoşunları indi kiçik qruplar şəklində yeni istiqamətlərdə hücumlar həyata keçirir.
Sinegubovun sözlərinə görə, Xarkov vilayətində sakinlərin təhlükəli zonalardan təxliyəsi davam edir. Altı minə yaxın insan daha təhlükəsiz ərazilərə aparılıb. Mayın 13-də günün sonuna kimi, planlara əsasən, 1600 sakin təxliyə edilməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB