“Müxalifətin sabitliyi pozmaq üçün kifayət qədər resursu yoxdur”

Gürcüstanın baş naziri ölkədə “Maydan”ın yaranma ehtimalını dəyərləndirib

...Gürcüstanda Ukrayna ssenarisinə uyğun “Maydan” olmayacaq.

SİA TASS-a istinadən xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

Qeyd edək ki, Kobaxidze ölkə parlamentinin xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul etməsindən əvvəl keçirdiyi brifinqdə çıxış edib.

O, deputatların Gürcüstan əhalisinin əksəriyyətinin rasional iradəsinə uyğun hərəkət edəcəyini vurğulayıb.

Siyasətçi qeyd edib ki, müxalifətin sabitliyi pozmaq üçün kifayət qədər resursu yoxdur.

…Xatırlatmaq istəyirəm ki, bu Ukrayna (keçmiş prezident Viktor Yanukoviçin dövründə) deyil, bu, istənilən zorakılığa və zorakılıq cəhdinə cavab verə biləcək bərpa olunmuş suveren dövlətdir.

Bunu Gürcüstanın baş naziri deyib və əlavə edib ki, qanun cəmiyyətin xaricdən tətbiq edilən qütbləşməsinə son qoymaqda mühüm rol oynayacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə