Rusiyanın "Su-25" təyyarəsi məhv edilib...

Rusiyanın "Su-25" təyyarəsi məhv edilib...

Ukrayna silahlı qüvvələri Donetsk vilayətində Rusiyaya məxsus təyyarəni məhv edib.

Xarkov istiqamətində isə düşmən 25 vahid texnika itirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində rusiyalılara məxsus “Su-25”-i məhv edib. Bundan əlavə, hərbi toqquşmaların sayı Limanski istiqamətində 7-yə, Severski istiqamətində 14-ə, Kramatorsk istiqamətində 31-ə, Pokrovski istiqamətində 31-ə çatıb.

...Toretski, Kupyanski, Kuraxovski, Vremovski, Qulyaipolski, Orexovski, Prydneprovskidə vəziyyət dəyişməzdir, Ukrayna bölmələri tərəfindən idarə olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə